Restoranda kütləvi zəhərlənmə - Araşdırma aparılır

10:29 08.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şirvan şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən “Pizza Time” restoranında qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin ehtimallara görə, zəhərlənmənin səbəbi həmin şəxslərin restoranda yedikləri göbələklər olub.

Faktla bağlı araşdırma aparılır.